Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan suallarının təhlilini aparıb. Beş mindən çox test tapşırığının məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib.

12, 23 və 26 iyul tarixlərində keçirilmiş imtahanlarda istifadə edilmiş test tapşırıqlarının çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.

Texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak edən namizədlər üçün təkrar  imtahan imkanı da yaradılacaq. Təkrar imtahan vermək istəyən namizədlər 28 iyul tarixindən 30 iyul tarixinədək https://miq.edu.az/ saytında  qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.

İmtahan verən bir qrup müəllim 26 iyul tarixində Texniki Universitetin önündə etiraz aksiyası keçirib. Onlar sualların çətin olduğunu və testlərin düzgün tərtib edilmədiyini bildiriblər.