Azərbaycanda COVID-19 xəstələrinə ambulator-klinik yardım göstərən tibb işçilərinə əmək haqqı əlavəsinin verilmə müddəti 1 avqusta qədər uzadılıb.

Xüsusi tibb mərkəzlərində yeni növ koronavirus infeksiyası olan xəstələrə ambulator yardım göstərən tibb işçiləri əmək haqlarına müddətli əlavə alırlar.

Cari ilin fevral, mart və aprel aylarında koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə 26,4 milyon manat, qeyri-tibb işçilərinə isə 3,2 milyon manat müddətli əlavə ödənilib.