Azərbaycanlı cüdoçu Murad Fətiyev iyulun 27-də Tokio-2020 Yay Olimpiya Oyunlarında Syerra Leoneni dövlətini təmsil edən Frederik Harisə qalib gəlib.

Murad Fətiyevin rəqibi tatamiyə çıxmayıb.

Nəticədə Fətiyev güləşməmiş 1/8 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Monqolustanı təmsil edən iranlı Səid Mollai olacaq. Yarış bu gün iyulun 27-də baş tutacaq.

Cüdoçumuz 81 kiloqram çəki dərəcəsində yarışır.

Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 8-ə kimi davam edəcək. Azərbaycanı Tokioda ümumi olaraq 44 idmançı təmsil edir.