İyulun 28 Azərbaycanın “Neftçi” komandası Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlanacaq. Biletləri stadionunun kassalarından 5, 10 və 20 AZN-ə əldə etmək olar.

Yunanıstanın Pirey şəhərində keçirilən ilk qarşılaşma “Olimpiakos”un  1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 29-cu dəqiqəsində Yunanıstan futbolçusu Məhəmməd Kamara fərqlənib.

Bundan öncə, Bakı təmsilçisi Gürcüstanın “Dinamo” komandasını hər iki oyunda  2:1 hesabla məğlub edib.