İyulun 28-də Bakı şəhərində 24 yaşlı qadın “patı”-dan vəfat edib. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi İsmayıl Əfəndiyev bildirib. Ölən qadın iki uşaq anasıdır.
Mütəxəssisin sözlərinə görə, “patı”-nın qiyməti çox ucuzdur. “O, ölkə daxilində qeyri-leqal şəkildə hazılanır. Qiyməti isə 10 manatdan başlayır”, – deyə Əfəndiyev qeyd edib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min nəfər təşkil edib. Onlardan 600 nəfəri qadındır.