Azərbaycan-Ermənistan sərhədində Rusiya tərəfindən 28 iyul tarixində atəşkəs təşəbbüsü irəli sürülüb. Azərbaycan təklifi qəbul edib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir. Qarşı tərəf minaatanlardan istifadə etməklə Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir.

Daha öncə Müdafiə Nazirliyi bildirib ki, Kəlbəcər istiqamətində gərginlik davam edir. XİN-in verdiyi məlumata əsasən, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistan rəhbərliyinin üzərindədir.