İyulun 27-də “Azercell”in baş ofisində talassemiya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub.

Mərkəzi Qan Bankının həkimləri şirkətin əməkdaşlarını tibbi müayinə etdikdən sonra onlardan qan götürüb. Toplanmış qan ehtiyatı Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac olan uşaqlara yönəldiləcək.

Aksiyanın məqsədi uşaqlara yardım etməklə yanaşı cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir.

Bu, “Azercell”in əməkdaşlarının iştirakı ilə həyata keçirilən artıq ikinci aksiyadır. Ötən il karantin rejiminin başladığı ilk aylarında şirkətin baş ofisində ilk qanvermə aksiyası həyata keçirib.