İyulun 28-də Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və nəqliyyat vasitələrinin salonlarında olan digər qiymətli əşyaları oğurlayan şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Araşdırma zamanı onun bu ilin əvvəlindən bu günə qədər Binəqədi rayonu ərazisində 13 avtomobildən oğurluq etdiyi məlum olub. Hadisə ərazidə olan müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
Binəqədidə polis əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində metamfetaminin qanunsuz satışı ilə məşğul olan şəxs də saxlanılıb. Onun üzərinə külli miqdarda heroin, metamfetamin, metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.
İyulun 17 Binəqədi rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. İyunun 9 isə Binəqədidə ofislərin birindən 4 min manatlıq oğurluq edilmişdir.