Bakı Dövlət Universitetində (BDU) Filologiya (ingilis dili və ədəbiyyatı), Biznesin idarə edilməsi, Maliyyə, İnformasiya təhlükəsizliyi, Bitki mühafizəsi ixtisasları açılıb.

Yeni ixtisaslar 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə yaradılıb.

İxtisaslar əmək bazarının tələbatına uyğun olaraq açılıb.

Abituriyentlər ətraflı məlumatı BDU-nun saytından əldə edə bilərlər.