İyulun 27-də Bakıda IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nizami rayonu, Qara Qarayev prospekti 71, 73 ünvanlarında 500 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Həyətdə yeni işıq dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətdə 45 ədəd ağac əkilib və 800 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb.

Aprelin 14-də “Bizim həyət” layihəsi çərçivəsində Bakının Nəsimi rayonunda 600 çox sakinin yaşadığı binaları əhatə etmişdir. Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.