Bakıda 28 iyul gecə saatlarından başlayan güclü külək fəsadlar törədib.

Nəsimi, Yasamal və Nərimanov rayonlarının bəzi küçələrində və prospektlərində ağaclar aşıb. Nəticədə bəzi prospektlərdə yollar bağlanıb.

Şüvəlanda bir neçə evlərdə işıqlar sönüb. Tikinti yerlərində təhlükəli hallar baş verib. Mənzillərdə balkonların setkaları uçub.

Cari ildə bir neçə dəfə Bakıda güclü külək fəsadlar törədib. Mart ayında küləyə görə 28 may metrostansiyasının yaxınlığında qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerində keçinib.