Azərbaycan cüdoçusu 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev iyulun 28-də Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/8 final mərhələsində rusiyalı Mixail İqolnikovla üz-üzə gəlib.

Rəqibinə məğlub olan Mehdiyev medalsız qalıb və olimpiada ilə vidalaşıb.

Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub.

Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 8-ə kimi davam edəcək. Azərbaycanı Tokioda ümumi olaraq 44 nəfər idmançı təmsil edir.