Casusluqda təqsirləndirilən ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin 28 iyul tarixində 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin “qanunsuz silah saxlama”, “casusluq”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma”, “qanunsuz dövlət sərhədi keçmə” maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslər cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Onlar son sözlərində məhkəmədən bağışlanmalarını istəyiblər: “Məhkəmədə və istintaqda olan işçilərin hamısına təşəkkür edirik. Onlar bizə yaxşı münasibət göstərdilər”.

Prokuror təqsirləndirilən şəxslərin hər birini 16 il müddətinə azadlıqdan məhrum etməyi tələb edib.

İttiham edilənlər 2020-ci il sentyabr ayında Azərbaycan ərazisinə daxil olublar. Onlar Azərbaycan ordusunun hərbi məlumatlarını Ermənistan xüsusi xidmət orqanlarına ötürülüblər.