Bu gün, iyulun 28-də DİM tərəfindən I və IV ixtisas qrupları üzrə universitetlərə qəbul imtahanları keçiriləcək.

İmtahanlar 23 şəhər və rayonda saat 10:00-13:00-dək keçiriləcək.

Kütləviliyin qarşısını almaq üçün abiturientlərə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

İmtahanlarda 14 mindən çox abituriyentin iştirakı nəzərdə tutulub. Onlardan 9421 nəfər I ixtisas qrupu, 5005 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir.

27 iyul tarixində I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. Dörd nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.