Dövlət Vergi Xidmətinin Baş İdarəsi Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanı məhkəməyə verib.
Məhkəmə çəkişməsinin səbəbi vergi öhdəlikləri ilə bağlı mübahisələrdir. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Leyla Şıxlinskaya incənətlə yanaşı, sahibkarlıq fəaliyyəti ilə də məşğul olub. O, 1999-2018-ci illərdə adına olan klinikaya rəhbərlik edib.