Fevralın 28-də şəhid Kənan Qafarovun bank kartından 4000 manata yaxın oğurluq edən Göyçay rayon sakini M.Qafarov saxlanılıb.

İyulun 26-da Yasamal Polis İdarəsinə şəhid anası müraciət edib. O, oğlunun adına olan bank kartından 3960 manat pulun oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Cinayət Məcəlləsinə əsasən, oğurluq iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.