“TikTok” platformasında narkotikləri təbliğ edən videolar paylaşan altı şəxs 28 iyul tarixində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan əlavə, saxlanılanların birinin üzərindən 10 qrama yaxın marixuana götürülüb. Sosial şəbəkədə paylaşdıqları videoların silinməsi təmin edilib. Bu şəxslər barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Bundan əvvəl 16 iyul tarixində “TikTok”da narkotik vasitələri təbliğ edən 11 nəfər saxlanılıb.