İyulun 28-də “Yeni Klinika”nın direktoru Pərviz Abbasov, onun işçiləri – Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev həbs olunublar.

Təqsirləndirilən şəxslər COVİD-19 xəstələrinin klinikaya yerləşdirilməsi üçün onların yaxınlarından hər bir xəstə üçün 3000 – 4500 manat məbləğində pul alıblar.

Məhkəmənin baxış iclası 10 avqustda olacaq.

Bu cür hadisələr baş verdikdə, prokurorluq vətəndaşlardan 961 – prokurorluğun çağrı mərkəzi və ya 161 – korrupsiyaya qarşı mübarizə xidmətinin qaynar xəttinə məlumat vermələrini xahiş edir.