Bakıda 28 iyul gecə saatlarında başlayan güclü külək Buzovna qəsəbəsinin Nadir Quliyev küçəsində fərdi yaşayış evinin dam örtüyünü uçurub. Nəticədə 1 nəfər dağıntılar altında qalıb. FHN əməkdaşları zərərçəkmişi xilas ediblər.

Binəqədi rayonunda şadlıq sarayının fasad şüşələri sınıb. Ziya Bünyadov prospektində yerləşən doqquzmərtəbəli binanın daş üzlükləri asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə yaradıb.

Yasamal rayonunda yerləşən yaşayış binasının 8-ci mərtəbəsinin fasad hissəsində kondisioner asılı vəziyyətdə qalaraq təhlükəli hal yaradıb.

Nərimanov rayonunda beşmərtəbəli binada dəmir lövhənin asılı vəziyyətdə qalması vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb.

Cari ildə bir neçə dəfə Bakıda güclü külək fəsadlar törədib. Mart ayında küləyə görə 28 may metrostansiyasının yaxınlığında qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerində keçinib.