İyulun 29-u gecə saatlarında Ermənistan atəşkəsi pozaraq Basarkeçər rayonundan Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqeləri atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan ordusunun mövqelərinə 10-12 ədəd F-1 əl qumbarası atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

ABŞ Bakı və Yerevanı atəşkəs öhdəliklərini yerinə yetirməyə çağırıb. Vaşinqton hesab edir ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında mümkün qədər tez danışıqlara qayıtmalıdırlar.