Bakı Metropoliten qatarlarının hərəkəti bərpa olunub. Bu baradə bu gün, 30 iyul saat 10:05-də Bakı metropoliteni məlumatı yayıb. “Nizami” – “İnşaatçılar” və “Cəfər Cabbarlı” – “Şah İsmayıl Xətai” stansiyaların arasında 09:30 – 10:00 radələrində qatarların hərəkətində yubanmalar müşahidə olunub.
Tunellərdə bir neçə qatar qalmışdı. Qatarların gecikməsi elektrik enerjinin kəsilməsi səbəbindən baş vermişdir.
27 Fevral 2020-ci ildə Bakıda oxşar hadisə baş vermişdir – paytaxtda bir neçə saat ərzində işığın olmaması səbəbindən qatarlar tuneldə qalmışdır.