Bakıda açıq havada kino gecəsi keçiriləcək
Tədbir 2 avqust tarixində YARAT Müasir İncəsənət Məkanının qarşısında baş tutacaq.
Proqramda böyük film festivallarında uğurlar qazanan milli kinolar göstəriləcək.
Proqram çərçivəsində Əli-Səttar Quliyevin “Olimpiya”, Teymur Hacıyevin “Axşama doğru”, Rüfət Həsənovun “Daxildəki ada”, Teymur Qəmbərovun “Quxuroba” filmləri nümayiş olunacaq.
Filmlər azərbaycan dilində nümayiş ediləcək, ingilis dilində altyazı ilə.
Tədbir açıq havada 20:00-dan 00:00-dək davam edəcək.