Bakının H. Əliyev prospektində 31 iyul, səhər saatlarında yol qəzası baş verib.

“Hyundai” markalı avtomobil “VAZ 2106” markalı avtomobil ilə toqquşub. Hadisə günün pik saatlarında baş verdiyi üçün yolda sıxlıq yaranıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İyulun 31-ə keçən gecə H.Əliyev prospektində 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş vermişdir. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.