31 iyul gecə saatlarında Bakının Xətai rayonunda 2 otaqlı mənzildə yanğın baş verib. Bu baradə FHN mətbuat xidməti bildirib.
Hadisə nəticəsində 1 otağın məişət texnika və mebeli külə dönüb. Yanğın FHN işçiləri tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
Oxşar hadisə, 29 iyul 02:36 saatlarında Bakının Nərimanov rayonunda yanğın qeydə alınıb. İbrahim Dadaşov 84 küçəsində yerləşən 9 mərtəbəli binada yanğın nəticəsində mansard tipli ikimərtəbəli mənzil və dam örtüyü yanmışdır.