Bakıda narkotik maddələrin dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Elşad Quliyev saxlanılıb. Bu barədə Nəsimi rayon polis idarəsi 31 iyul tarixində məlumat yayıb.
Axtarış zamanı onun üzərindən metamfetamin, 22 bükümdə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Quliyev narkotik maddələri xaricdən onlayn şəkildə aldığını, sonra isə eyni şəkildə Azərbaycanda satdığını etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Nəsimi rayonunda narkotik vasitələrin dövriyyəsinə qarşı aparılan əməliyyatlar davam edir.
Daha öncə, 30 iyulda Bakının Nərimanov rayonunda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Elazə Mustafayeva saxlanılmışdır. Onun üzərindən 2 qrama yaxın metamfetamin aşkar edilmişdir.