Paytaxtın Heydər Əliyev prospektindəki yol qəzasında xəsarət alanlardan biri iyulun 30-dan 31-ə keçən gecə dünyasını dəyişib.

Hadisə yerinə gələn təcili tibbi yardım E.Nağıyevı xəstəxanaya çatdırıb. Sərnişin Məzahir Xudaverdiyevin isə xəstəxanaya aparılarkən həyatını xilas etmək mümkün olmayıb.

Bakının Sabunçu rayonu ərazisində iyulun 30-u gecə yarsında zəncirvari yol qəzası baş verib. Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur.