Avqustun 1-də Vətən müharibəsi şəhidi Sərdar İsmayılovun adına Bakı şəhəri, Yeni Suraxanıda abidə və bulağın açılışı keçirilib. Tədbirdə şəhidin yaxın qohumları, dostları, döyüş yoldaşları və Suraxanı İcra hakimiyyətinin nümayyəndələri iştirak edib.

Sərdar İsmayılov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də döyüş zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyev onu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.

Sərdar İsmayılov 1995-ci il iyulun 31-də Suraxanı rayonunda anadan olub. O, Azərbaycan Ordusunda kiçik çavuş kimi xidmət edib.

 

 

Suraxanı İcra Hakimiyyəti