Bakı şəhərinin Sabunçu rayonunda fərdi evdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 2 avqust tarixində məlumat yayıb.

Ümumi sahəsi 200 kv.m olan 7 ailənin yaşadığı evin 62 kv.m, tavanın isə 2 kv.m sahəsi yanıb.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb və alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.

İlkin məlumata əsasən xəsarət alan olmayıb.

Bundan başqa bu gün, 31 iyul gecə saatlarında Bakının Xətai rayonunda 2 otaqlı mənzildə yanğın baş verib. Hadisə nəticəsində 1 otağın məişət texnika və mebeli külə dönüb.