Abşeron və Bakının Nərimanov rayonlarında narkotik satışının qarşısı alınıb. Nəticədə, 5 Abşeron və 3 Bakı sakini istintaqa cəlb olunub.
Abşeron rayonunda əməliyyat zamanı Rahinc Əhmədov, Vüsal Əliyev, Orxan Abdullayev, Pərviz İslamov və Ələkbər Carıyev saxlanılıblar və qanunsuz əməllərini etiraf ediblər. Onların üzərindən və evlərindən heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb.
Daha bir əməliyyat Bakının Nərimanov rayonunda keçirilib. Bakı sakinləri Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov saxlanılıblar. Baxış zamanı üzlərindən heroin və metamfetamin, elektron tərəzilər və satışı qadağan edilən psixotrop tərkibli “Metadon” aşkar edilib.
Hər iki faktla bağlı araşdırma işləri başlanılıb.