Bıçaqlanma hadisələri Bakıda 2 avqust tarixində baş verib.

Yasamal rayonunda 26 yaşlı Fərid Cabbarov naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. Digər mübahisə Binəqədi rayonunda baş verib. 43 yaşlı Novruz Novruzov 3 bıçaq zərbəsi alıb.

Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Ötən həftə, 31 iyulda Qaradağ, Abşeron və Bİnəqədi rayonlarında bıçaqlanma hadisələri baş verib. Nəticədə 2 nəfər ölüb 2 nəfər xəsarət alıb. Faktlarda bağlı cinayət işləri açılıb.