Bu gün, avqustun 3-dən etibarən Bakı Metropoliteninin “Həzi Aslanov – Dərnəgül” metro xəttinə 4 yeni qatar buraxılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat verib.

Hər qatar 5 vaqondan  ibarətdir. Sözügedən qatarlar Rusiyadan keçən ay gətirilib. Onlar kondisioner və mikroiqlim nəzarəti sistemlərinə malikdir, həmçinin oturacaqlar yaxınlığında USB portlar quraşdırılıb. Bundan əlavə, hər vaqonda fiziki imkanları məhdud olan sərnişinlər üçün xüsusi yerlər ayrılıb.

Daha öncə, 29 iyul Bakı Metropoliteni 10 yeni güclü ventilyator alaraq tunellərdə havalandırma sistemini yeniləmiş və müasir avadanlıqlarla təhciz etmişdir.

Bakı Metropolotenin rəsmi saytından götürülən foto
Foto Bakı Metropolitenin rəsmi saytı