Bakının Mərdəkan-Bilgah yolunda qəza baş verib. 26 yaşlı sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil atlı ilə toqquşub. Nəticədə, avtomobilin sürücüsü Fərid İmamverdiyev və atın üzərində olan 21 yaşlı Hacıağa Aslanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bu baradə bu gün, 3 avqust, gecə saatlarında məlum olub.

Tibbi müayyinə nəticəsində İmamverdiyevə qolun əzilməsi diaqnozu qoyulub, daha sonra ambulator mualicə olunaraq evə buraxılıb. Aslanov isə sağ baldırın açıq sınığı diaqnozu ilə dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bu gün səhər daha bir xəsarətlərlə nəticələn qəza baş verib. Kürdəxanı qəsəbəsində təcili yardım avtomobili ilə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub.