“İnfiniti” klubun icarədarı 4000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimələnib. Onlara polis tərəfindən xəbərdarlıq edilib.
Nərimanov polisi kütləvi informasiya vasitələrində gecə klubu barədə yayılan görüntüləri araşdırıb. Araşdırma zamanı qeyd edilən obyektdə qəlyandan istifadəyə şərait yaradıldığı və klubun gecə yarısından sonra fəaliyyətini davam etdirdiyi məlum olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri saat 00:00-dək fəaliyyət göstərə bilərlər.