Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəbdə oğurluq hadisəsi baş verib. Bu barədə DİN mətbuat xidməti bu gün, 3 avqust tarixində xəbər yayıb.

Məktəbdən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlanıb. Şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.

Bundan əvvəl, 2 avqustda Bakının Xətai rayonunda evlərin birindən 4800 ABŞ dolları və 20.000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlanıb.