Bakıda yeni məktəblər inşa olunur və həmçinin təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri aparılır.

Artıq 5 məktəbin tikintisi yekunlaşıb. 205 nömrəli məktəb bütövlükdə sökülüb və yenidən tikilir. 71 və 307 nömrəli məktəblərin köhnə korpusları təmir olunur və yeni korpus tikilir. 320 nömrəli məktəbdə isə əsaslı təmiri və bərpa-gücləndirmə işləri gedir.

87 nömrəli məktəbin köhnə korpusu , 35 və 263 nömrəli məktəblərin qəzalı vəziyyətdə olan korpuslarında söküntü işləri davam edir.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.