Avqustun 3-ü səhər saatlarında Biləcəri qəsəbəsində yol hadisəsi baş verib.
Yük avtomobili körpünün altından keçərkən, icazə verilən hündürlüyü nəzərə almayaraq qəza törədib. Nəticədə avtomobilin yük hissəsi körpünün altına ilişərək saatlarla yolda sıxlığa səbəb olub.
Sürücü vəziyyətdən çıxmağa çalışsa da, cəhdləri uğursuz olub.
Daha öncə, Biləcəridə iyulun 24-də yük avtomobili idarəetməni itirərək yol kənarındakı mağazaya çırpılmışdır.