Bakının “Neftçi” futbol klubu bu gün, 3 avqust tarixində Finlandiyanın “Helsinki” klubu ilə qarşılaşacaq. Matç saat 21:00-da Bakıda Bakcell Arenada baş tutacaq.

Biletləri Bakcell Arenanın kassalarından almaq mümkündür. Qiymətlər 5, 10, 20 AZN təşkil edir.

İki klub arasında mərhələnin cavab oyunu 12 avqustda baş tutacaq. Mübarizənin qalibi Türkiyənin Fenerbahçe klubu ilə qarşılaşacaq.

Neftçi klubu 2020-2021 Azərbaycan premyer liqasının qalibi olaraq Çempionlar liqasının seçmə mərhələsinə vəsiqə qazanmışdır. Birinci mərhələdə Gürcüstanın “Dinamo Tbilisi” klubuna qalib gəlib. İkinci mərhələdə isə Yunanıstanın “Olympiacos” klubuna məğlub olaraq Avropa liqasının təsnifat mərhələsində mübarizəsini davam etdirir.