Bakının Nizami rayonunda 37 yaşlı kişi bıçaqlanıb. Bu barədə bu gün, avqustun 4-də məlum olub.
Özəl klinikaların birinin qarşısında 37 yaşlı Elşən Hüseynov ilə qaynı arasında əlbəyaxa dava baş verib. Nəticədə Hüseynov başından bıçaq zərbəsi alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bundan əvvəl, 3 avqustda Bakının Zirə qəsəbəsində ər arvadını bıçaqlayaraq qətlə yetirmişdi.