30 və 32 nömrəli marşrut xətlərinin hərəkət sxemi 5 avqust 2021-ci il tarixindən müvəqqəti dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti xəbər yayıb.
Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.
30 nömrəli marşrut xətti üzrə avtobuslar Neftçilər metrosu – Səməd Vurğun bağı istiqamətində, 32 nömrəli xətti üzrə avtobuslar isə Məlhəm Hospital – 28 may metrostansiyası istiqamətində hərəkət edirlər.