Sabunçu rayonundakı Pirşağı çimərliyində kütləvi dava baş verib. Bu barədə 4 avqustda sosial şəbəkələrdə yayılmış videodan məlum olub.

Çimərliyə gələn qadına naməlum şəxs söz atıb. Nəticədə xanımın həyat yoldaşı həmən şəxslə əvvəlcə mübahisə edib, sonra isə dava düşüb. Tərəfləri ətrafdakılar sakitləşdirməyə çalışsalar da, bu mümkün olmayıb. Sonda polisin müdaxiləsi nəticəsində ara sakitləşib.

Oxşar hadisə, iyunun 17-si Mərdəkanda çimərlikdə baş vermişdir. Dava zamanı 2 şəxs bir-birini bıçaqlamışdır.