4 avqust günorta saatlarında Kürdəxanı qəsəbəsində qonşular arasında bıçaqlanma hadisəsi baş verib.

31 yaşlı Oruc Musayev qonşusu Gülbala Əmirova 3 bıçaq zərbəsi endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Musayev istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha bir bıçaqlanma hadisəsi bu gün, Bakının Nizami rayonunda baş verib. Qayınlar arasında dava zamanı 37 yaşlı kişi bıçaqlanıb.