Bakının Zirə qəsəbəsində əri tərəfindən qətlə yetirilən qadın barədə avqustun 4-də yeni təfərrüatlar məlum olub.

Mart ayında sosial şəbəkələrdə Sevinc Məhərrəmovanın əri tərəfindən döyülməsi müzakirə olunurdu. Onun illərdir evdən gedəcəyi təqdirdə uşaqlarının öldürüləcəyi ilə təhdid olunduğu bildirilirdi.

İlk dəfə sığınacağa yerləşdirilən Məhərrəmova 3 gün sonra evinə qaytarılıb. İkinci müraciəti zamanı sığınacaqda yer olmadığı deyilib. Qadının şikayəti əsasında bütün tədbirlərin qanunvericiliyə uyğun olaraq təmin edilməsinə baxmayaraq, məhkəmədə tərəflərin barışığı nəzərə alınıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin fikrincə onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi.

Hazırda hadisəyə nəyin və hansı şəraitin səbəb olması araşdırılır.

Avqustun 3-də Zirə qəsəbə sakini Füzuli Rzayev 23 yaşlı arvadı Sevinc Məhərrəmovanın boğazını kəsərək qətlə yetirmişdir.