Bakının Heydər Əliyev prospekti – Hava limanı yolunun Böyük Şor yol qovşağı istiqamətində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyi bu gün, 5 avqust tarixində məlumat yayıb.

Bununla əlaqədar olaraq Heydər Əliyev prospekti – Hava limanı yolunun Bülbülə döngəsi adlanan hissəsində sıxlıq yaranıb.

Daha öncə, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şossenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınmışdı.

Foto BNA-nın rəsmi Telegram səhifəsi
Foto BNA-nın rəsmi Telegram səhifəsi