Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli evdə yanğın olub. Hadisə 5 avqust səhər radələrində baş verib.
İkimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində 35 kv.m. sahə yanıb. 3 mətbəx mebeli 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner məhv olub. Həmçinin yüksək temperatura görə lambir materialından olan tavanın 8 kv.m. sahəsi əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.