Avqustun 5-i səhər saatlarında Bakı-Sumqayıt yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şossenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

“Isuzu” markalı yük maşını əvvəl “Mercedes” markalı minik avtomobilinə, daha sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarətləri alıb.

Nəticədə beynəlxalq avtovağzalın yaxınlığında, paytaxt istiqamətində tıxac yaranıb.

Daha öncə, iyulun 24-ü Binəqədi rayonunun Biləcəri qəsəbəsində yük avtomobili idarəetməni itirərək yol kənarındakı mağazaya çırpılmışdır.