Məişət tullantıların daşınması üçün Bakıya yeni avtomobillər gətirilib. Bu barədə bu gün, 5 avqust tarixində məlum olub.

Texnikaların həcmi 22 və 7 kubluqdur. Həmçinin, bu avtomobillərin altından çirkab suların yollara axmaması üçün xüsusi qablar quraşdırılıb. Kiçik həcmli texnikalar dar küçələrdə hərəkət etmək üçün nəzərdə tutulub.

“Son 2 ildə Bakıya 57 zibil avtomobilləri gətirilib” – Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri Heydər Həşimov bildirib.

Paytaxtda tullantıların çeşidlənməsi məqsədilə Nərimanov rayonu ilə birgə 3 rayonda 1226 konteyner meydançası quraşdırılıb.