Bakının Nəsimi rayonunda 13 yaşlı qız intihara cəhd edib. Bu barədə bu gün 6 avqust tarixində məlum olub.
Yeniyetmə özünü 4-cü mərtəbədən atıb. O, çoxsaylı xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 26 iyulda Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atıb. O, hadisə yerində keçinib.