Yanğın hadisəsi Bakının Xətai rayonunda bu gün, 6 avqust tarixində baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.

1 hektar sahədə mazut qalıqları, quru ot və qamışlıq yanıb. Ətrafdakı tikililərə ziyan dəyməyib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Bundan öncə, 2 avqust tarixində Bakı şəhərinin Sabunçu rayonunda fərdi evdə yanğın baş verib. Ümumi sahəsi 200 kv.m olan 7 ailənin yaşadığı evin 62 kv.m, tavanın isə 2 kv.m sahəsi yanıb.