Polis kapitanı Elçin Səfərov bu gün, avqustun 6-da, həkimlərin səylərinə baxmayaraq vəfat edib. O, iyulun 27-də axtarışda olan 39 yaşlı Müseyib Ələsgərovun saxlanılma vaxtı çoxsaylı qəlpə xəsarəti alıb.
27 iyul, Badamdarda yerləşən “Maşın bazarında” Müseyib Ələsgərov avtomobilinin axtarışı zamanı müqavimət göstərib və qaçmağa çalışıb. Cəhdlərinin boşa çıxması anlayan Ələsgərov özünü əl qumbarası ilə partladıb. Hadisə zamanı 4 polis əməkdaşı yaralanıb.
Avtomobildə olan 28 yaşlı Elman Qurbanov qaçarkən saxlanılıb. Axtarış zamanı onun üzərində narkotik vasitə tapılıb, avtomobilində isə silah-sursat aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.