Bakıda Mehdi Hüseyn küçəsində bu gün, 7 avqust saat 12:30 radələrində yanğın baş verib.

Nəriman Nərimanov heykəli yaxınlığında ağaclıq ərazidə qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Bundan öncə, 7 avqust tarixində Bakının Xətai rayonunda 1 hektar sahədə mazut qalıqları, quru ot və qamışlıq yanmışdı. Ətrafdakı tikililərə ziyan dəyməyib.